• İDMAN

    20:48 5 may 2019

Sənan Qurbanov: "Çalışacağıq ki, son oyunda bu səhvləri etməyək"

“Son ev oyunumuz idi. Qalib gəlmək, son turadək mübarizə aparmaq istəyirdik. Amma alınmadı".

ONA-nın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XXVII turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı mətbuat konfransı keçirilib.

O bildirib ki, dörd gündən bir oynamaq bir az yorğunluq yaradıb: "Bir neçə futbolçuya istirahət vermişdik. İlk yarıda durğun olsaq da, qol imkanı da yaratdıq. Biz imkanı qaçırdığımız zaman “Neftçi” hesabı açdı. Futbol belədir. İkinci hissədə dəyişikliklər etdik. Oyunun axarını dəyişmək istəyirdik. Futbolçular pis təsir bağışlamadı. İrəli baxmaq lazımdır. Məğlubiyyət həmişə pisdir. Çalışacağıq ki, son oyunda bu səhvləri etməyək. Kubokun finalına yüksəlmişik, futbolçular böyük iş görüblər. Bizə pozitivlik lazımdır".

S. Qurbanovun sözlərinə görə, komandaya tapşırığı yerinə yetirən oyunçular lazımdır: "Futbolçulara sonadək mübarizə aparmağı aşılamağa çalışmışdıq. Amma zədələrdən ehtiyatlanırdıq. Bəhlul Mustafazadənin ayağında ağrılar olduğu üçün əvəzləndi. Bizə sağlam, tapşırığı yerinə yetirən futbolçular lazımdır. Çalışacağıq ki, “Sumqayıt”la həm son turun, kubokun oyununa eyni heyətlə çıxaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR