• İDMAN

    17:15 7 mart 2019

Şenol Günəş: “Yığmaya baş məşqçi təklifini müzakirə edəndə səhvə yol verdim”

“Millinin baş məşqçisi təyin olunmazdan əvvəl Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Yıldırım Dəmirörənlə görüşümüz oldu. Mən “Beşiktaş”da işləyirəm. O isə martda yığmanın “sükanı arxası”nda gözlədiyini bildirdi”. ONA-nın məlumatına görə, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş deyib.

Müqaviləyə əsasən, iyunda vəzifəsinin icrasına başlayacaq təcrübəli mütəxəssis bu ay keçiriləcək görüşlərdə də komandaya rəhbərlik etmək məcburiyyətindədir. Eyni zamanda “Beşiktaş”ı da çalışdıran Ş.Günəş indiki durumuna aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib. O, öncə yığmaya təyinatının rəsmiləşməsindən danışıb: “Təklifə iyunda müsbət yanaşa biləcəyimi söylədim. Həmin vaxt klubla da bağlılığım qalmayacaq. Razıyam ki, görüş zamanı səhvim olub. Milliyə martda getməyə müsbət yanaşmırdım. İyunda gələcəyəm deməyim də düz deyildi. Çünki martda yığmaya kimi gətirmək sualı yaranırdı”.

Ş.Günəş yaya qədər iki yerdə çalışacağından klubdan müvəqqəti ayrıldığını qeyd edib: “Mənə dəvət gəldi. İki oyunluq millinin düşərgəsinə gedəcəyəm. Həmişə eyni vaxtda iki komandada işləməyin əleyhinə olsam da, indi özüm bu durumdayam. Amma milli səfərbərlik kimidir. Yığmanın bu matçlarına getməsəm, cəzalanacağımı da öyrəndim. Bu qarşılaşmalarda yeniliklər etməyi düşünmürəm. Bu da mənim vəzifəmdir. Onu da yerinə yetirəcəyəm”.

Qeyd edək ki, Türkiyə millisi martın 22-də səfərdə Albaniya, üç gün sonra evdə Moldova ilə qarşılaşacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR