Sərbəst güləş üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
ONA-nın məlumatına görə, yığmamızın baş məşqçisi Saypulla Absaidov Avropa çempionatında şans verəcəyi idmançıları müəyyənləşdirib.
Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qitə birinciliyində Azərbaycan 10 güləşçi ilə təmsil olunacaq. Ölkəmizin idman şərəfini Mahir Əmiraslanov (57 kq), Axmednabi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Agahüseyn Mustafayev (70 kq), Xadjimurad Qadjiyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurmaqomed Qadjiyev (97 kq), Seyidmohammadreza Azərşakib (125 kq) qoruyacaqlar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 8-14-də keçiriləcək. Sərbəst güləş yarışları isə ayın 8-10-da baş tutacaq.