İspaniya Superkubokunun yeri dəyişdirilir.
ONA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı qarşıdakı 6 ildə turnirin görüşlərinə ev sahibliyi etmək niyyətindədir.
Artıq İspaniya Futbol Federasiyası (RFEF) ilə asiyalılar arasında davam etdirilir. Müqavilə imzalansa, pireneylilər hər mövsüm üçün 30, ümumilikdə 180 milyon avro qazanacaq. Anlaşmanın 6 deyil, daha uzun müddətə bağlanması da istisna olunmur. Düzdür, ABŞ, Çin və Qətərdə yeni formatda keçiriləcək turnirə ev sahibliyə iddia edir.
Qeyd edək ki, “Dördlər finalı” şəklində keçiriləcək Superkubokun hər ilin yanvarında təşkil olunacağı gözlənilir. Bununla bağlı yekun qərarı RFEF aprelin 29-da verəcək.