• İDMAN

    04:01 22 avqust 2020

"Sevilya" 6-cı dəfə Avropa Liqasının qalibi olub

Avropa Liqasında 2019/20 mövsümü başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün turnirin final oyunu keçirilib.

Lissabonda keçirilən həlledici qarşılaşmada İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gəlib. Niderlandlı Denni Makkelienin idarə etdiyi matç bol qollu alınıb. 5 topun vurulduğu görüşdə milanlılar erkən qolla hesabı açmalarına baxmayaraq, sonda "Sevilya" minimalhesablı qələbəyə sevinib.

Bununla Əndəlüs təmsilçisi Avropa Liqasında oynadığı 6-cı final matçından da qalib ayrılaraq, öz rekordunu yeniləyib. "Sevilya" 2006, 2007, 2014, 2015 və 2016-cı ildə olduğu kimi, bu dəfə də həlledici qarşılaşmada rəqibinə şans verməyib.

Sonuncu dəfə 1998-ci ildə ikinci dərəcəli klub turnirinin qalibi olan “İnter” isə 22 illik fasilədən sonra bu uğuru təkrarlaya bilməyib. "Neradzurra" Avropa Liqasındakı (əvvəlki UEFA Kuboku) 5-ci final görüşdə 2-ci məğlubiyyətini alıb.


UEFA Avropa Liqası
Final
21 avqust
23:00. “Sevilya” (İspaniya) – “İnter” (İtaliya) - 3:2
Qollar: De Yonq, 12, 33, Diaqo Karlos, 74 - Lukaku, 3 (pen.), Qodin, 36
Baş hakim: Denni Makkelie (Niderland)
Köln. “Reyn Enerji” stadionu

ONA

Teqlər:

SON XƏBƏRLƏR