İspaniyanın “Sevilya” klubunun yeni baş məşqçisi müəyyənləşib.
ONA-nın “Onda Cero”ya istinadən məlumatına görə, İtaliya “Roma”sının sabiq çalışdırıcısı Eusebio Di Françeskonun yeni komandasına təyinatı gələn həftə rəsmən açıqlanacaq.
49 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanacaq.
Qeyd edək ki, “Sevilya” bu ilin martında Pablo Maçini istefaya göndərib. Mövsümün sonunadək komandaya Xoakin Kaparros başçılıq edib.