• İDMAN

    21:52 1 aprel 2019

"ShamkirChess": Azərbaycan duelində qalib müəyyənləşməyib, Karlsen qələbə qazanıb

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturnirində ikinci turun qarşılaşmaları başa çatıb.

ONA-nın məlumatına görə, yarışda mübarizə aparan milli üzvləri bu dəfə də heç-heçə ilə kifayətləniblər. Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov duelində qrossmeysterlər xalları yarı bölüblər.

Azərbaycan dueli kimi, Veselin Topalov - David Navara matçında da "sülh" qeydə alınıb. Onlardan fərqli, Maqnus Karlsen, Liren Dinq və Sergey Karyakin turu qələbə ilə başa vurublar.

II tur
Veselin Topalov (Bolqarıstan, 2740) - David Navara (Çexiya, 2739) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2845) - Vişvanatan Anand (Hindistan, 2779) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - Teymur Rəcəbov (Azərbaycan, 2756) - 0,5:0,5
Liren Dinq (Çin, 2812) - Alekandr Qrişuk (Rusiya, 2771) - 1:0
Aniş Giri (Hollandiya, 2797) - Sergey Karyakin (Rusiya, 2753) - 0:1

Turnir cədvəli: Karlsen, Karyakin, Dinq - hər üçü 1,5 xal, Məmmədyarov, Rəcəbov, Navara, Topalov - hamısı 1, Qrişuk, Anand, Giri - 0,5.

Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR