• İDMAN

    17:52 9 aprel 2019

"ShamkirChess2019": Azərbaycan şahmatçıları turniri qələbəsiz başa vurublar

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturnirinə yekun vurulub.

ONA-nın məlumatına görə, 6-cı dəfə keçirilən yarış millimizin qrossmeysterləri üçün uğursuz alınıb.

Təmsilçilərimizdən Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov turniri qələbəsiz başa vurublar. Belə ki, David Navara ilə qarşılaşan T. Rəcəbov IX turda 9-cu heç-heçəsini edib. O, bununla xalı hesabını 4,5-ə çatdırıb və 6-cı yeri tutub.

Şəhriyar Məmmədyarov isə yarışı 7 heç-heçə və 2 məğlubiyyətlə başa vurub. Son turda Sergey Karyakinlə heç-heçə edən təmsilçimiz yekun siyahıda 3,5 xalla 9-cu yerdə qərarlaşıb.

"ShamkirChess"də 4-cü çempionluğunu 1 tur əvvəl rəsmiləşdirən norveçli Maqnus Karlsen IX oyun günündə özü üçün formal görüşdə qalib gəlib. O, Aleksandr Qrişuku məğlub edib.

Turnirdə ikinci yeri çinli Dinq Liren, üçüncü pilləni isə rusiyalı Sergey Karyakin tutub.

IX tur
Maqnus Karlsen (Norveç, 2845) - Aleksandr Qrişuk (Rusiya, 2771) -
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - Sergey Karyakin (Rusiya, 2753) - 0,5:0,5
Dinq Liren (Çin, 2812) - Aniş Giri (Hollandiya, 2797) - 0,5:0,5
David Navara (Çexiya, 2739) - Teymur Rəcəbov (Azərbaycan, 2756) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2779) - Veselin Topalov (Bolqarıstan, 2740) - 0,5:0,5

Turnir cədvəli: 1. Karlsen - 7 xal, 2. Liren, 3. Karyakin – hər ikisi 5, 4. Qrişuk, 5. Anand, 6. Rəcəbov – hər üçü 4,5, 7. Topalov, 8. Navara - hər ikisi 4, 9. Məmmədyarov - 3,5, 10. Giri - 3.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR