Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturnirində VII turun görüşləri baş tutub.
ONA-nın məlumatına görə, milli komandamızın şahmatçıları bu dəfə də heç-heçə ilə kifayətləniblər.
Belə ki, qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Dinq Lirenlə xalları yarı bölüb. Teymur Rəcəbov isə 7-cı matçında 7-ci heç-heçəsini edib. O, bu dəfə bolqarıstanlı Veselin Topalovla "sülh" bağlayıb.
Maqnus Karlsenin isə yenidən vahid liderə çevrilib. Aniş Giriyə qalib gələn norveçli xalını 5-ə çatdırıb.
VII tur
David Navara (Çexiya, 2739) - Sergey Karyakin (Rusiya, 2753) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2845) - Aniş Giri (Hollandiya, 2797) - 1:0
Vişvanatan Anand (Hindistan, 2779) - Aleksandr Qrişuk (Rusiya, 2771) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2756) - Veselin Topalov (Bolqarıstan, 2740) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - Dinq Liren (Çin, 2812) - 0,5:0,5
Turnir cədvəli: Karlsen - 5 xal, Karyakin - 4,5, Anand, Qrişuk, Navara, Topalov, Rəcəbov, Liren - hamısı 3,5, Məmmədyarov - 2,5, Giri - 2.
Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq.