Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturnirində IV turun oyunları başa çatıb.
ONA-nın məlumatına görə, yarışın bütün matçları heç-heçə yekunlaşıb.
Belə ki, Azərbaycan şahmatçılarından ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov çexiyalı David Navara ilə xalları yarı bölüb. Digər təmsilçimiz Teymur Rəcəbov isə 4-cü görüşündən də "sülh"lə ayrılıb. O, bu dəfə hollandiyalı Aniş Giri ilə heç-heçə edib.
IV tur
Veselin Topalov (Bolqarıstan, 2740) - Maqnus Karlsen (Norveç, 2845) - 0,5:0,5
Dinq Liren (Çin, 2812) - Vişvanatan Anand (Hindistan, 2779) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2753) - Aleksandr Qrişuk (Rusiya, 2771) - 0,5:0,5
Aniş Giri (Hollandiya, 2797) - Teymur Rəcəbov (Azərbaycan, 2756) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - David Navara (Çexiya, 2739) - 0,5:0,5
Turnir cədvəli: Karlsen - 3 xal, Karyakin, Liren - hər ikisi 2,5, Topalov, Rəcəbov, Anand - 2, Qrişuk, Giri, Məmmədyarov, Navara - 1,5.
Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq.