Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturnirində bir günlük istirahətdən sonra VI turun oyunları keçirilib.
ONA-nın məlumatına görə, milli komandamızın şahmatçıları bu dəfə də lazımı nəticəni göstərə bilməyiblər.
Belə ki, qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov qara fiqurlarla bolqarıstanlı Veselin Topalova uduzub. Teymur Rəcəbov isə 6-cı matçında 6-cı heç-heçəsini edib. O, bu dəfə Aleksandr Qrişukla xalları yarı bölüb.
Maqnus Karlsenin "sülh" bağlamasından isə Sergey Karyakin məharətlə istifadə edib. Rusiyalı qələbə sayəsində liderlikdə norveçliyə şərik olub.
VI tur
Veselin Topalov (Bolqarıstan, 2740) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2790) - 1:0
Dinq Liren (Çin, 2812) - Maqnus Karlsen (Norveç, 2845) - 0,5:0,5
Aniş Giri (Hollandiya, 2797) - David Navara (Çexiya, 2739) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2753) - Vişvanatan Anand (Hindistan, 2779) - 1:0
Aleksandr Qrişuk (Rusiya, 2771) - Teymur Rəcəbov (Azərbaycan, 2756) - 0,5:0,5
Turnir cədvəli: Karlsen, Karyakin - hər ikisi 4 xal, Anand, Navara, Liren, Topalov, Rəcəbov, Qrişuk - hamısı 3, Məmmədyarov, Giri - 2.
Qeyd edək ki, 9 turdan ibarət turnir aprelin 9-da başa çatacaq.