• İDMAN

    09:50 11 iyun 2019

Şilard Nemet: “Qrupdan çıxmaq istəyiriksə, mütləq Bakıda qalib gəlməliyik”

“Azərbaycan yaxşı komandaya malikdir”.

APA-nın məlumatına görə, bunu Slovakiya milli komandasının sabiq futbolçusu Şilard Nemet deyib.

42 yaşlı futbol veteranı AVRO-2020-nin seçmə mərhələsinin bu gün Bakıda keçiriləcək Azərbaycan – Slovakiya matçı barədə fikirlərini açıqlayıb: “Bu yığmanın heyətində bir neçə təcrübəli futbolçu da var ki, onların hər biri oyunun taleyini həll edə bilər. Amma bizim millidə səviyyəli futbolçular kifayət qədərdir. Bu da rəqibin öhdəsindən gəlmək üçün yetərlidir. Hava və ya digər məqamlardan danışmağa haqqımız yoxdur. Əgər qrupdan çıxmaq istəyiriksə, mütləq Bakıda qalib gəlməliyik”.

Qeyd edək ki Ş.Nemet Slovakiya millisinin tarixində ən erkən qolun müəllifidir. O, 2001-ci il martın 28-də Azərbaycan yığması ilə Trnavadakı matçın 17-ci saniyəsində hesabı açıb. Onun dubl etdiyi qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR