• İDMAN

    20:30 10 iyun 2019

Slovakiya millisinin baş məşqçisi: “Azərbaycanla matçda qələbə qazanmağı hədəfləmişik”

"Komanda olaraq sabahkı oyuna hazırıq".


APA-nın məlumatına görə, bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.


Onun rəhbərlik etdiyi komanda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq. Oyunöncəsi mətbuat konfransında 50 yaşlı çalışdırıcı əvvəlcə komandadakı itkidən danışıb: "Yalnız Miroslav Stoç hazır deyil. Komanda ilə birlikdə gətirmədik ki, xəstəliyi digər futbolçulara keçməsin. Başqa heç bir problemimiz yoxdur. Futbolçular sabahkı görüşə tam hazırdır".


O bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: “Azərbaycanı da izləmişik, Xorvatiyaya qarşı yaxşı çıxış etmişdi. Qrupda xal qazanmamasına baxmayaraq, fikrimizi dəyişmirik. Biz özümüz digər görüşlərdə olduğu kimi, sabah da qələbə qazanmağı hədəfləmişik. Əlbəttə ki, start heyətini açıqlamayacam. Amma sabah bəzi maraqlı dəyişikliklər ola bilər”.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR