“Milliyə çağırılmaq inanılmaz sevinc və şərəfdir. Çünki yığmaya ən yaxşı futbolçular düşür və mən də onların arasındayam”.
ONA-nın məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Pavol Şafranko deyib.
Ölkəsinin futbol federasiyasının saytına açıqlama verən 25 yaşlı hücumçu iyunda keçiriləcək oyunlar barədə fikirlərini açıqlayıb. O, İordaniya ilə yoxlama görüşü və Azərbaycanla AVRO-2020-nin seçmə mərhələsinin qarşılaşması haqda danışıb: “Bu oyunlardan heç biri asan olmayacaq. Slovakiya millisinin indiki səviyyəsini nəzərə alsaq, İordaniya və Azərbaycanla matçda qalib gəlməkdən başqa hədəfimiz ola bilməz. İordaniya ilə matç vacibdir. Azərbaycanla görüş seçmə mərhələdə uğur qazanmaq baxımından böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Şotlandiyanın “Dandi Yunayted” klubunda çıxış edən P.Şafranko Slovakiyanın əsas yığmasında 4 oyun keçirib.