• İDMAN

    17:36 21 may 2019

Sokratis Papastatopulos: “Bakıdakı finalı qazanmalıyıq”

“Bakıya əlimizdən gələni etmək üçün gedirik. Bu yarışın nə qədər əhəmiyyətli olduğunun fərqindəyik”.

Bunu İngiltərənin “Arsenal” klubunun futbolçusu Sokratis Papastatopulos ONA-nın London bürosuna açıqlamasında deyib.

31 yaşlı yunanıstanlı müdafiəçi komandasının bu gün keçirilən açıq məşqindən sonra Avropa Liqasının Bakıda baş tutacaq final oyunu barədə fikirlərini açıqlayıb. S. Papastatopulos bildirib ki, mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq görüşə qələbə iddiası ilə çıxacaq: “İlin əvvəlində biz demişdik ki, ən yaxşı dörd komanda arasında olmaq istəyirik. Bakıdakı finalı qazanmalıyıq. Final bütün oyunlardan fərqlənir. Tamamilə bu qarşılaşmaya köklənməliyik. “Çelsi” ilə matçda səhvlər etməməliyik”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR