• İDMAN

    11:32 29 may 2019

Son oyununa Bakıda çıxacaq Eden Azarın 130 milyon avroya “Real”a keçidi razılaşdırılıb

Belçika yığmasının və İngiltərə “Çelsi”sinin futbolçusu Eden Azarın “Real”a keçidi ilə bağlı razılıq əldə olunub.

ONA-nın məlumatına görə, İspaniya təmsilçisi transfer məsələsində London klubu ilə ortaq məxrəcə gəlib.

Belə ki, ingiltərəlilər futbolçunu 115 milyon funt sterlinq, yəni 130 milyon avroya satmağa razılaşıb. Uzun müddət bu məbləği 150 milyondan avrodan aşağı salmaqdan imtina edən “Çelsi” güzəştə getməli olub.

“Real” futbolçunun özünə 4 illik müqavilə təklif edib. E.Azar bu müddətdə həftəyə 400 min avro qazanacaq. Belçikalı danışıqların iyunun 4-dək yekunlaşmasını istəyir.

Qeyd edək ki, Azar “Çelsi” ilə son oyununa bu gün Bakıda çıxacaq. Onun komandası Avropa Liqasının finalında “Arsenal”la üz-üzə gələcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR