• İDMAN

    16:38 21 aprel 2019

"Ştutqart" məşqçilər korpusunu istefaya göndərib

Almaniyanın "Ştutqart" futbol klubu baş məşqçisi Markus Vayntsirllə yollarını ayırıb.

ONA-nın məlumatına görə, komanda rəhbərliyinin bu addımı atmasına Bundesliqada uğursuz çıxış səbəb olub.

Bildirilir ki, hesabat turunda "Aysburq"a 0:6 hesabı ilə uduzan Markus Vayntsirllə yanaşı, köməkçiləri Volfqanq Beller, Tomas Bart və Halil Altuntop da istefaya göndərilib. "Ştutqart" müvəqqəti olaraq, klubun U-19 komandasının baş məşqçisi Niko Villinqə həvalə edilib.

Qeyd edək ki, "Ştutqart" XXX turdan sonra 21 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. 45 yaşlı Markus Vayntsirl isə kluba mövsümün 7-ci həftəsindən rəhbərlik edirdi.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR