İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib. ONA-nın məlumatına görə, Kataloniya təmsilçisi uruqvaylı hücumçusu Luis Suaresin xidmətindən məhrum olub.
Cənubi amerikalı La Liqanın XXVIII turunun “Betis”lə oyununda xəsarət alıb. Vurduğu qolla komandasının 4:1 hesablı qələbəsində pay sahibi olan Suares görüşün 90-cı dəqiqəsində zədə səbəbindən meydanı tərk edib.
Sağ ayağı burxulduğu üçün yıxılan hücumçu ehtiyat oyunçular skamyasına yollanarkən, ayağını yerə qoymağa çətinlik çəkib. Klubdan verilən açıqlamaya əsasən, futbolçu təxminən 15 gün yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Betis”in qapısından 4-cü qolu keçirən Suares Dieqo Forlanın rekordunu təkrarlayıb. O, 128 dəfə fərqlənməklə, La Liqada ən çox qol vuran hücumçu adına şərik çıxıb.