• İDMAN

    19:34 3 iyun 2019

“Sumqayıt” Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisini transfer edib

“Sumqayıt” futbol klubu 2019/20 mövsümü üçün transfer çalışmalarına start verib.

ONA-nın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi mövsümlərarası fasilədə ilk futbolçu transferini reallaşdırıb.

Belə ki, sumqayıtlılar son mövsümü “Zirə”də keçirən Vüqar Mustafayevlə anlaşıb. 1 illik müqaviləyə imza atan dayaq yarımmüdafiəçisi “Sumqayıt”da 6 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, V.Mustafayev “Zirə” ilə yanaşı, “Bakı”, “Simurq” və “Qarabağ”ın uğurları üçün çalışıb. Vaxtilə U-21 və əsas millimizin də formasını geyinmiş futbolçu U-23-ün heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR