• İDMAN

    15:39 28 mart 2019

“Sumqayıt” Futbol Akademiyası türkiyəli mütəxəssisə həvalə edilib

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib. Klubdan ONA-ya verilən məlumata görə, bu vəzifəni türkiyəli Hakan Sünal icra edəcək.

Son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və 16-19 yaş qruplarının koordinatoru vəzifəsində çalışan H. Sünal “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub.

39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR