• İDMAN

    17:14 8 may 2019

“Sumqayıt” Futbol Klubu illik maliyyə hesabatını açıqlayıb

“Sumqayıt” Futbol Klubu 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb.

ONA-nın məlumatına görə, Sumqayıt təmsilçisinin illik gəliri 1 527,0 min manat təşkil edib.

Bu gəlirlərin 401,0 min manatı reklamlar və sponsorlardan əldə olunub. 954,0 min manatı UEFA-dan, 172,0 min manat kommersiya fəaliyyətindən gələn vəsaitdir.

“Sumqayıt”ın xərcləri isə 2 676,0 min manat olub. Bunun 336,0 min manatı gənclər futbolunun inkişafına sərf edilibsə, 2 340,0 min manatı digər xərclərə yönəldilib. Transferlər və digər fəaliyyətlərə 1 149,0 min manat xərclənib.

Maliyyə ili üçün ümumi mənfəət 1 149,0 min manat təşkil edib. Klubun aktivlərinin cəmi 554,0 min manatdır. Cəmi kapital 10 550,0 min manat təşkil edir. Komandanın ilin sonuna öhdəliklərinin cəminə gəldikdə, bu, 11 104,0 min manata bərabərdir.

Qeyd edək ki, “Sumqayıt”dan öncə “Sabah” da illik maliyyə hesabatını açıqlayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR