• İDMAN

    13:37 7 aprel 2019

“Sumqayıt” Futzal Məktəbi açılıb - FOTO

“Sumqayıt” Futzal Məktəbinin açılışı olub.

ONA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri Abdulla Məmmədov, Telman Salahov, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva, millinin üzvləri Rizvan Fərzəliyev və Vitali Borisov iştirak edib.

Tədbiri giriş sözləri ilə açan klubun prezidenti Riad Rəfiyev “Sumqayıt” Futbol Akademiyasının yeni mərhələyə qədəm qoyduğunu söyləyib. Premyer Liqa komandaları arasında ilk futzal məktəbinin məhz “Sumqayıt” Futbol Klubu tərəfindən yaradıldığını deyən R. Rəfiyev futzal məktəbi ilə yanaşı uşaq futbolunun inkişafı üçün bir sıra layihələrin həyata keçiriləcəyini də nəzərə çatdırıb.

Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov belə layihələrin təşkil olunmasının əhəmiyyətindən danışıb.

Rəsmi hissə yekunlaşdıqdan sonra “Sumqayıt” Futzal Məktəbinin məşqi izlənib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR