• İDMAN

    18:04 17 mart 2019

“Sumqayıt”ın futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. ONA-nın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya, 4 gün sonra Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq komandanın heyətindən bir futbolçu çıxarılıb.

Belə ki, "Sumqayıt" klubunun üzvü Aleksey İsayev millinin heyətindən kənarlaşdırılıb. Buna onun zədələnməsi səbəb olub.

Qeyd edək ki, millimiz təlim-məşq toplanışına dünən başlayıb.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR