Super Liqanın autsayderi Türkiyə kubokunda yarımfinala yüksəlib
  • İDMAN

  • 23:53 28 Fevral 2019

Super Liqanın autsayderi Türkiyə kubokunda yarımfinala yüksəlib

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

ONA-nın məlumatına görə, sonuncu yarımfinalçı “Kasimpaşa” – “Akhisar” matçında müəyyənləşib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Evdə keçirdiyi ilk görüşdə 3:1
hesabı ilə qalib gələn “Akhisar” yarımfinala yüksəlib.

Ötən mövsüm kuboka sahib çıxan, lakin hazırda Super Liqada autsayder olan komanda
yarımfinalda Birinci Liqa təmsilçisi “Umraniyəspor”la üz-üzə gələcək. Digər cütdə
“Qalatasaray” “Yeni Malatyaspor”la görüşəcək.

Qeyd edək ki, yarımfinal oyunları aprelin 2-4 və 23-25-də keçiriləcək.

Türkiyə kuboku
1/4 final, cavab oyunu
28 fevral
“Kasımpaşa” – “Akhisar” – 1:2
Koyta, 37 – Barbosa, 18, Josue, 84
İlk oyun – 1:3

Aytən Yusifova

Teqlər:

OXŞAR XƏBƏRLƏR