Taekvondo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
ONA-nın məlumatına görə, mayın 15-19-da Mançesterdə keçiriləcək dünya çempionatı üçün açıqlanan komandaya 10 idmançının adı daxil edilib.
Belə ki, məşqçilər korpusu mundialda Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcək.
Qeyd edək ki, yığmamız hazırda təlim-məşq toplanışındadır.