Taekvondo üzrə Azərbaycan millisinin mətbuat üçün açıq məşqi olub.
ONA-nın məlumatına görə, hazırlıq prosesi Taekvondo Federasiyasının idman zalında baş tutub.
Burada təlim-məşq toplanışında olan komanda dünya çempionatı öncəsi yüngül təmrinlərlə kifayətlənib. Hazırlıq futbol oyunu ilə başlayıb, sınaq döyüşləri ilə yekunlaşıb.
Qeyd edək ki, dünya çempionatı mayın 15-19-da Mançesterdə keçiriləcək. Məşqçilər korpusu mundialda Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (+87 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans verəcək.