• İDMAN

    11:13 17 mart 2019

Taekvondoçularımız Lommeldə 3 qızıl və 1 gümüş medal qazanıblar

Taekvondo üzrə Azərbaycan millisi "Belgium Open"də çıxışını başa vurub. ONA-nın məlumatına görə, Lommel şəhərində keçirilən G2 kateqoriyalı turnirində yığmamız 3 qızıl və 1 gümüş medala sahib olub.

Belə ki, Qaşım Maqomedov (54 kq), Cavab Ağayev (63 kq) və Milad Beiqi Harçeqani (80 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, çempion tituluna yiyələniblər. Ayxan Tağızadə (74 kq) isə finalda məğlub olub və ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, yarışa 69 ölkədən 1272 taekvondoçu qatılıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR