• İDMAN

    12:22 9 mart 2019

Tailand ağırlıqqaldıranları Olimpiya Oyunlarına qatılmadan imtina edib

Tailand Ağır Atletika Federasiyası 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib. ONA-nın məlumatına görə, buna bu idman növündəki çoxsaylı dopinq qalmaqalları səbəb olub.
Son aylarda Tailandın 8 ağırlıqqaldıranının dopinq testi müsbət nəticə verib.
Olimpiya Oyunlarına qatılmayacaqlarını açıqlayan asiyalılar bir müddət əvvəl eyni səbəbdən Beynəlxalq Ağır Atletika Federasiyasının bayrağı altında keçirilən bütün yarışlarda təmsil olunmayacağını da bəyan edib.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları ağır atletika üzrə yarışların keçirildiyi sonuncu belə turnir ola bilər. Olimpiada proqramından çıxarılması gündəmdə olan bu idman növünün Paris-2024-də olub-olmayacağı sual altındadır.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR