• İDMAN

    15:59 7 mart 2019

Təlim-məşq toplanışı ilə bağlı Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. ONA-nın məlumatına görə, buna Azərbaycan milli komandasının təlim-məşq toplanışı səbəb olub.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Xorvatiya ilə qarşılaşacaq, 4 gün sonra Litva ilə yoxlama oyunu keçirəcək yığmamız vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədi martın 16-dan toplanışa start verəcək. Bu səbəbdən AFFA-dan PFL-ə daxil olan rəsmi müraciəti müsbət dəyərləndirən sonuncular “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları vaxtını dəyişib. Milli komandamızın qarşıdakı oyunlara daha səmərəli hazırlaşması üçün PFL bu matçların martın 15-də keçirilməsinə qərar verib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR