• İDMAN

    17:35 1 mart 2019

TFF prezidentliyinə namizəd Azərbaycanın iştirakı ilə yeni turnir söz verib

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti postuna ilk namizəd Sərdar Əli Çəliklər platforması açıqlanıb. ONA-nın haberturk.com saytına istinadən məlumatına görə, tanınmış idman yazarı qurumun başına keçəcəyi halda atacağı addımları müəyyənləşdirib.

Yıldırım Dəmirörənin istefasından sonra boş qalan posta yiyələnmək iddiasında olan Çəliklər azarkeşlərə yeni turnir vəd edib. Onun keçirəcəyinə söz verdiyi yarışla bağlı ideya reallaşsa, Azərbaycan çempionu da dəvət olunacaq: “Türk ölkələrinin ən güclülərinin qatılacağı türk dünyası çempionatı təşkil edəcəm. Bizim çempionumuz Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi türk dövlətlərinin çempionları ilə eyni turnirdə mübarizə aparar. Belə bir yarışın analoqu Balkan ölkələri üçün də keçirilə bilər”.

Qeyd edək ki, TFF-ə prezident seçkiləri bu ilin iyununda keçirilməlidir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR