Topaz Premyer Liqasının XXI turunun bütün təyinatları açıqlanıb. ONA-nın məlumatına görə, III dövrənin son oyunlarını idarə edəcək hakimlər, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib.
Eyni gündə keçiriləcək turun matçları martın 15-də baş tutacaq. “Neftçi” – “Qəbələ” arasında turun mərkəzi oyununu Səbuhi Bayramov idarə edəcək. İlk “üçlük”də qərarlaşan “Qarabağ”la “Səbail”in oyunu FİFA referisi Əliyar Ağayevə tapşırılıb. Digər iki qarşılaşmada Orxan Məmmədovla Rəvan Həmzəzadə baş hakim olacaq.
Topaz Premyer Liqası
XXI tur
15 mart (cümə)
“Sabah” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Əlincə Arena”, 16:00
“Zirə” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu, 16:00 (pfl.az/canlı)
“Səbail” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nihad Məmmədov
“Bayıl Arena”, 16:45 (CBC Sport/canlı)
“Neftçi” – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”, 19:00 (CBC Sport/canlı)