• İDMAN

    20:25 26 mart 2019

Topaz Premyer Liqasında IV dövrənin ilk turunun hakimləri müəyyənləşib

Topaz Premyer Liqasında XXII turun təyinatları açıqlanıb.

ONA-nın məlumatına görə, martın 31-də və aprelin 1-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor, AFFA nümayəndələri müəyyənləşib.

IV dövrəyə Vüqar Həsənlinin fiti ilə start veriləcək. O, turun ilk günündə baş tutacaq “Zirə” – “Səbail” matçını idarə edəcək. Həmin gün keçiriləcək “Keşlə” – “Neftçi” qarşılaşması isə FİFA referisi Əliyar Ağayevə həvalə olunub.

Rauf Cabarov aprelin 1-də oynanılacaq “Qəbələ” – “Sabah” görüşünün baş hakimi olacaq. “Sumqayıt” – “Qarabağ” matçı isə Rəvan Həmzəzadəyə tapşırılıb.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Topaz Premyer Liqası
XXII tur

30 mart (şənbə)
“Zirə” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu, 16:00

“Keşlə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
“ASK Arena”, 18:30

1 aprel (bazar ertəsi)

“Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu, 14:00

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”, 18:30

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR