• İDMAN

    15:04 10 may 2019

Topaz Premyer Liqasında mövsümə formal xarakterli matçlarla yekun vurulacaq

Sabah Topaz Premyer Liqasında XXVIII turun oyunları keçiriləcək.

ONA-nın məlumatına görə, sonuncu turun qarşılaşmaları ilə 2018/19 mövsümünə yekun vurulacaq.

Bu qarşılaşmalar eyni gündə baş tutacaq. Ötən il avqustun 10-da start götürən 275 günlük marafon formal xarakterli matçlarla yekunlaşacaq.

Çünki artıq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” bürünc medalı təmin edib. Bu komandaları son turdan daha çox, matçdan sonrakı mükafatlandırma mərasimi düşündürə bilər. “Keşlə”nin də sonuncu pilləni tutaraq I diviziona yuvarlanması da son tur ərəfəsində rəsmiləşib.

Sabahkı görüşlər yalnız bombardirin adı baxımından önəm kəsb edir. Eyni sayda – 14 dəfə fərqlənən Baqali Dabo ilə Mahir Mədətovdan hansının mükafata sahib çıxması mövsümün son qarşılaşmasında – “Neftçi” ilə “Qarabağ”ın duelində bəlli olacaq.

Günün ilk matçında isə “Səbail” – “Keşlə” qarşılaşacaq. Hər iki komandanın tutacağı mövqe dəqiqləşdiyindən görüşün turnir cədvəli baxımından da əhəmiyyəti yoxdur.

Eyni vaxtda başlayacaq “Sabah” – “Zirə” və “Sumqayıt” – “Qəbələ” oyunları 5-7-ci yerlərin taleyinə aydınlıq gətirməlidir. Sonuncular istisna olmaqla, digər üç komandanın mövqeyi dəqiqləşəcək. Kubokun finalında üz-üzə gələcək Sumqayıtla Qəbələnin eyniadlı təmsilçiləri isə Naxçıvandakı matçdan 8 gün öncə münasibətlərini ayırd edəcək.

Topaz Premyer Liqası
XXVIII tur
11 may (şənbə)

“Səbail” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”, 15:00 (“CBC Sport”/canlı)

“Sabah” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”, 16:00

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”, 16:00

“Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, 18:00 (“CBC Sport”/canlı)

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

27

19

6

2

62-19

63

2

Neftçi

27

17

7

3

50-23

58

3

Səbail

27

12

5

10

33-33

41

4

Qəbələ

27

9

9

9

31-32

36

5

Zirə

27

7

7

13

27-40

28

6

Sabah

27

7

6

14

20-38

27

7

Sumqayıt

27

7

5

15

23-42

26

8

Keşlə

27

5

5

17

25-44

20

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ") - 14 qol.

ONA

Teqlər:

SON XƏBƏRLƏR