• İDMAN

    19:52 11 may 2019

Topaz Premyer Liqasında mövsümə yekun vurulub

Topaz Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

ONA-nın məlumatına görə, bu gün sonuncu - XXVIII turun oyunları keçirilib.

Həm mükafatçılar, həm də sonuncu yerin sahibi öncədən bəlli olduğu üçün bu qarşılaşmalar formal xarakter daşıyıb. Öncə meydana “Keşlə” və “Səbail” çıxıb. Bürünc medalları təmin edən sonuncular ev oyununda 1:4 hesabı ilə uduzublar. Ardıcıl ikinci darmadağını alan Aftandil Hacıyevin yetirmələri mövsümün son iki görüşünün hərəsində 4 qol buraxıb. Autsayder isə 7 turluq qələbə həsrətinə son qoya bilib.

5-ci yer uğrunda mübarizə aparan Bakı klublarının duelində də darmadağın qeydə alınıb. “Zirə” səfərdə “Sabah”ın qapısından üç cavabsız qol keçirib. Bu, Samir Abasovun yetirmələrinə mövsümü 5-ci pillədə başa vurmaq imkanı verib. Elşad Əhmədovun komandası isə 7-ci pilləyə yuvarlanıb.

Buna “Sumqayıt”ın “Qəbələ” üzərində qələbəsi səbəb olub. Minimal hesabla qalib gələn meydan sahibləri 6-cı sıraya yüksəliblər. “Qəbələ” isə tarixində ilk dəfə sumqayıtlılarla görüşdən qolsuz ayrılıb.

Həm tura, həm də mövsümə mərkəzi oyunla yekun vurulub. Çempionatı ilk iki pillədə bitirən “Qarabağ”la “Neftçi” paytaxt təmsilçisinin meydanında görüşüblər. Qaçırılan penaltiylə erkən qol imkanını əldən verən “Neftçi” məğlub duruma düşsə də, fasiləyədək iki dəfə fərqlənib. İkinci 45 dəqiqədə isə ağdamlılar öncə tarazlıq qolu vurublar, son dəqiqələrdə isə qələbə topuna imza atıblar.

Topaz Premyer Liqası
XXVIII tur
11 may (şənbə)

“Səbail” – “Keşlə” – 1:4
Qollar: Oke Akpoveta, 54 // Andre Klennon, 7; Edvinas Girdvainis, 38; Samir Məsimov, 45; Conatan Ayite, 72
Qırmızı vərəqə: Edvinas Girdvainis, 51
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”, 15:00

“Sabah” – “Zirə” – 0:3
Qollar: Xulio Sezar Rodriges, 38, 81, Robin Nqalande, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”, 16:00

“Sumqayıt” – “Qəbələ” – 1:0
Qol: Ülvi İsgəndərov, 68
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”, 16:00

“Neftçi” – “Qarabağ” – 2:3
Qollar: Emin Mahmudov, 38 (pen.), Canluka Sansone, 40 – Mahir Mədətov, 15, 64, Riçard Almeyda, 90
Baqali Dabo 9-cu dəqiqədə penaltidən yararlana bilməyib.
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, 18:00

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

28

20

6

2

65-21

66

2

Neftçi

28

17

7

4

52-26

58

3

Səbail

28

12

5

11

34-37

41

4

Qəbələ

28

9

9

10

31-33

36

5

Zirə

28

8

7

13

30-40

31

6

Sumqayıt

28

8

5

15

24-42

29

7

Sabah

28

7

6

15

20-41

27

8

Keşlə

28

6

5

17

29-45

23

Bombardir: Mahir Mədətov ("Qarabağ") - 16 qol.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR