• İDMAN

    16:30 19 mart 2019

Topaz Premyer Liqasında növbəti turun cədvəli müəyyənləşib

Topaz Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb.

ONA-nın məlumatına görə, IV dövrəyə martın 30-da start veriləcək.

İlk oyun günündə öncə “Zirə” “Səbail”i sınağa çəkəcək. Ardınca “Keşlə” – “Neftçi” matçı baş tutacaq.

Aprelin 1-də “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Topaz Premyer Liqası
XXII tur
30 mart (şənbə)

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 16:00

“Keşlə” – “Neftçi”
“ASK Arena”, 18:30

1 aprel (bazar ertəsi)

“Qəbələ” – “Sabah”
Qəbəl şəhər stadionu, 14:00

“Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”, 18:30

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR