• İDMAN

    15:43 3 aprel 2019

Topaz Premyer Liqasında növbəti turun oyunlarının vaxtı açıqlanıb

Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli açıqlanıb.

ONA-nın məlumatına görə, gələn həftə baş tutacaq turun matçları iki günü əhatə edəcək.

Aprelin 13-də start götürəcək turun ilk görüşündə “Zirə” “Sumqayıt”ı sınağa çəkəcək. Həmin gün “Qarabağ” “Sabah”la üz-üzə gələcək.

Ayın 14-də “Keşlə” “Qəbələ”ni, “Səbail” “Neftçi”ni qəbul edəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Topaz Premyer Liqası
XXIV tur
13 aprel (şənbə)

“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 16:00

“Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika stadionu, 18:30

14 aprel (bazar)

“Keşlə” – “Qəbələ”
“ASK Arena”, 15:00

“Səbail” – “Neftçi”
“Bayıl Arena”, 18:00

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR