Topaz Premyer Liqasının XXI turunun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb. ONA-nın məlumatına görə, “InStat” şirkətinin təhlilinə əsasən tərtib olunan “11-lik”də “Neftçi” və “Zirə”nin daha çox oyunçusu daxil edilib.
Paytaxt klubları bu siyahıda hərəyə 3 futbolçu ilə təmsil olunub. “Qarabağ”ın 2, “Sabah”, “Səbail” və “Keşlə”nin bir futbolçusu “11-lik”də yer alıb.
“Zirə”nin futbolçusu Bilal Həmdi turun oyunçusu seçilib. O, ən yüksək indeksə malik olub.
Qapıçı: Kamal Bayramov (“Zirə”)-2
Müdafiəçilər: Təmkin Xəlilzadə (“Sabah”)-4, Kiril Petrov (“Neftçi”)-5, Mamadu Mbodj (“Neftçi”)-2, Cabir Əmirli (“Keşlə”)-3
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-6, Qoran Paratski (“Neftçi”), Simeon Slavçev (“Qarabağ”)-4, Bilal Həmdi (“Zirə”)-3
Hücumçular: Ağabala Ramazanov (“Səbail”), Xulio Sezar Rodriqez (“Zirə”)-2
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.