Topaz Premyer Liqasında XXVI turun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb.
ONA-nın məlumatına görə, “İnstat” şirkətinin təhlillərinə əsasən tərtib olunan “11-lik”də yalnız üç komanda təmsil olunub.
“Qarabağ”ın 6 futbolçusu rəmzi komandaya daxil edilibsə, “Keşlə”dən 4, “Sumqayıt”dan 1 oyunçu “11-lik”də yer alıb. Ağdam klubunun futbolçusu Abdullah Zubir turun futbolçusu seçilib.
Qapıçı: Davud Kərimi (“Keşlə”)
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-7, Edvinas Girdvainis (“Keşlə”)-2, Bədavi Hüseynov (“Qarabağ”)-7, Sərtan Taşqın (“Keşlə”)-2
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-10, Əmir Ağayev (“Sumqayıt”), Markos Madera (“Qarabağ”)-7, Dani Kintana (“Qarabağ”)-9
Hücumçular: Mahir Mədətov (“Qarabağ”)-9, Conatan Ayite (“Keşlə”)-2
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.