• İDMAN

    15:15 1 mart 2019

Topaz Premyer Liqasında XIX turun matçları keçiriləcək

Sabah Topaz Premyer Liqasında XIX turun oyunlarına start veriləcək. ONA-nın məlumatına görə, qarşılaşmalar iki gün ərzində keçiriləcək.
Bütün matçları Bakıda təşkil olunacaq turun ilk görüşü “Bayıl Arena”da baş tutacaq. İlk “üçlük”də qərarlaşan “Səbail” çempionatın autsayderi “Sumqayıt”ı sınağa çəkəcək. Meydan sahibləri mövqeyini möhkəmlətmək, “Gənclik şəhəri” təmsilçisi isə sonuncu pillədən qurtulmaq üçün qalib gəlməlidir.
İlk oyun günü liderin matçı ilə başa çatacaq. Son iki turda xal itirən “Neftçi” öz meydanında “Sabah”ı qəbul edəcək. “Ağ-qaralar” mövqeyini əldən verməmək üçün turu itkisiz adlamalıdır. Ötən tur “Qarabağ”ı büdrədən debütant liderdən də xal almaq niyyətindədir.
Zirə İdman Kompleksinin stadionundakı görüşlə ikinci oyun günü start götürəcək. Avrokuboklara iddialı olan “Qəbələ” “Zirə”nin qonağı olacaq.
Günün son qarşılaşması “ASK Arena”da gerçəkləşib. Liderliyə şərik olan “Qarabağ” səfərdə “Keşlə” ilə görüşəcək. Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan paytaxt təmsilçisi durumunu yaxşılaşdırmaq üçün son çempionu büdrətməyə borcludur. Ağdam klubu isə şərik olduğu liderliyi qorumaq üçün turu itkisiz başa vurmalıdır.

Topaz Premyer Liqası

XIX tur

2 mart (şənbə)

“Neftçi” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, 18:30

“Səbail” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bayıl Arena”, 16:00

3 mart (bazar)

“Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 15:00

“Keşlə” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”, 17:30

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

18

11

5

2

30-13

38

2

Qarabağ

18

11

5

2

38-17

38

3

Səbail

18

9

3

6

22-17

30

4

Qəbələ

18

6

6

6

20-20

24

5

Sabah

18

6

3

9

15-23

21

6

Zirə

18

4

5

9

15-27

17

7

Keşlə

18

4

4

10

18-29

16

8

Sumqayıt

18

4

3

11

14-26

15

Bombardir: Baqali Dabo ("Neftçi") - 8 qol

Tahir

Teqlər:

SON XƏBƏRLƏR