• İDMAN

    11:43 21 fevral 2019

Topaz Premyer Liqasında XVII turun rəmzi komandası açıqlanıb

Futbol üzrə Topaz Premyer Liqasında XVII turun rəmzi komandası müəyyənləşib. ONA xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən tərtib olunan “11-lik”də “Keşlə”nin futbolçuları üstünlük təşkil edib.

Paytaxt təmsilçisi rəmzi komandada dörd futbolçu ilə təmsil olunub. “Neftçi”nin üç, “Qarabağ”ın iki üzvü “11-lik”də yer alıb. “Səbail” və “Qəbələ”nin hərəsinin bir oyunçusu fərqlənib.

Qapıçı: Səlahət Ağayev (“Neftçi”)-9

Müdafiəçilər: Azər Salahlı (“Keşlə”)-2, Voislav Stankoviç (“Qəbələ”)-4, Jarjue Maudo (“Səbail”), Cabir Əmirli (“Keşlə”)

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-5, Riçard Almeyda (“Qarabağ”)-2, Nikola Mitroviç (“Keşlə”), Evangelos Platellas (“Neftçi”)

Hücumçular: Canluka Sansone (“Neftçi”), Amil Yunanov (“Keşlə”)

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR