• İDMAN

    11:56 22 fevral 2019

[b]Topaz Premyer Liqasında XVIII turun oyunları keçiriləcək[/b]

Sabah futbol üzrə Topaz Premyer Liqasında XVIII tura start veriləcək. ONA-nın məlumatına görə, iki gün davam edəcək turda 4 matç baş tutacaq.

Öncə Qəbələdə eyniadlı komanda “Keşlə”ni qəbul edəcək. Mükafatçılar sırasına düşməyə iddialı olan meydan sahibləri “Səbail”lə xal fərqini azaltmaq üçün qalib gəlməlidir. Paytaxt təmsilçisi isə təhlükəli zonadan uzaqlaşmaq üçün səfərdən xalla dönməlidir.

İlk oyun günü “Əlincə Arena”da başa çatacaq. Çempionatın debütantı “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Son çempion ən azı bir günlük liderliyi ələ keçirmək üçün rəqib meydanında 3 xal qazanmalıdır. Bakılılar isə ilk “üçlük” uğrunda mübarizədəki iddiasını rəqibi büdrətməklə təsdiqləməlidir.

“Qarabağ” qalib gəlsə, ertəsi gün meydana çıxacaq “Neftçi”nin xal itkisinə ümid edəcək. Premyer Liqanın lideri öz meydanında “Səbail”i sınağa çəkəcək. “Ağ-qaralar” çempionluq mübarizəsində büdrəməməyə borcludursa, qonaqlar liderdən xal almaqla öz mövqeyini möhkəmlədəcək.

Tura Sumqayıtda yekun vurulacaq. Çempionatın autsayderlərinin duelində “Zirə” “Sumqayıt”ın qonağı olacaq. Paytaxt klubu son pillədən qurtulmaq üçün mütləq qalib gəlməlidir. Meydan sahibləri isə rəqibindən uzaqlaşmaq imkanından yararlanmaq üçün 3 xal qazanmalıdır.

Topaz Premyer Liqası

XVIII tur

23 fevral (şənbə)

“Qəbələ” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 14:00

“Sabah” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”, 16:30

24 fevral (bazar)

“Neftçi” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”, 16:00

“Sumqayıt” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”, 18:30

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

17

11

5

1

29-11

38

2

Qarabağ

17

11

4

2

37-16

37

3

Səbail

17

8

3

6

20-16

27

4

Qəbələ

17

6

5

6

20-20

23

5

Sabah

17

6

2

9

14-22

20

6

Keşlə

17

4

3

10

18-29

15

7

Sumqayıt

17

4

3

10

14-25

15

8

Zirə

17

3

5

9

14-27

14

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") -7 qol.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR