• İDMAN

    15:29 26 aprel 2019

Topaz Premyer Liqasında XXVI turu lider dəyişikliyinə səbəb ola bilər

Sabah Topaz Premyer Liqasında XXVI turun oyunları keçiriləcək.

ONA-nın məlumatına görə, turun bütün matçları eyni gündə başlayacaq.

Bu turda çempionluğa iddialılar qiyabi, bürünc medallar üçün mübarizə aparanlar isə əyani duelə çıxacaqlar. Turun mərkəzi görüşü də üçüncü yer uğrunda yarışan komandaların iştirakı ilə baş tutacaq.

“Səbail” iki xal qabaqladığı “Qəbələ”ni sınağa çəkəcək. Paytaxt təmsilçisi qələbə qazansa, bürünc medal və avrokuboklara doğru böyük addım atacaq. Əyalət klubu isə 3-cü pilləyə yüksəlmək üçün səfərdən üç xalla dönməlidir. Heç-heçə isə rəqiblərin mübarizəsini son turlardakı qiyabi rəqabətə çevirəcək.

Çempionatın lideri “Qarabağ” “Zirə”nin qonağı olacaq. İndiyədək rəqibinə uduzmayan Ağdam təmsilçisi mövqeyini qorumaq üçün qalib gəlməlidir.

Əks-halda, “Neftçi” ilk sıraya qayıda bilər. “Ağ-qaralar” bunun üçün “Sumqayıt”ı yenməyə borcludur. “Qarabağ” qələbə qazansa, paytaxt təmsilçisi isə xal itirsə, qızıl medalların taleyinə böyük ölçüdə aydınlıq gələcək.

Mükafatlara iddialıların iştirakı olmadan keçiriləcək yeganə oyunda iki paytaxt klubu görüşəcək. “Sabah” çempionatın autsayderi “Keşlə”ni qəbul edəcək. Sonuncular mövsümün ikinci yarısında uğursuz çıxış edən rəqibini məğlub edərək son sıradan uzaqlaşa bilər. Amma qəsəbə klubu həm də “Sumqayıt”ın xal itkisinə ümid etmək məcburiyyətindədir. Bakılıların bir xalla autsayderlikdən qurtulması üçün isə sumqayıtlıların məğlubiyyəti zəruridir.

Qeyd edək ki, növbəti turun oyunları mayın 5-də baş tutacaq.

Topaz Premyer Liqası
XXVI tur
27 aprel (şənbə)

“Sabah” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”, 17:00

“Zirə” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 16:30 (“CBC Sport”/canlı)

“Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 17:30 (pfl.az/canlı)

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, 19:00 (“CBC Sport”/canlı)

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

25

17

6

2

55-19

57

2

Neftçi

25

16

7

2

45-19

55

3

Səbail

25

11

5

9

31-28

38

4

Qəbələ

25

9

9

7

29-27

36

5

Sabah

25

7

5

13

19-36

26

6

Zirə

25

6

7

12

24-36

25

7

Sumqayıt

25

5

5

15

19-40

20

8

Keşlə

25

5

4

16

23-40

19

Bombardir: Baqali Dabo ("Neftçi") - 11 qol.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR