• İDMAN

    15:15 26 fevral 2019

Topaz Premyer Liqasının XX turu Bakıda başlayıb, Sumqayıtda bitəcək

Topaz Premyer Liqasının XX turunun oyun cədvəli açıqlanıb. ONA-nın məlumatına görə, martın 9-10-da keçiriləcək turun qarşılaşmalarının yeri və vaxtı müəyyənləşib.

İlk oyun gününə “Keşlə” – “Sabah” matçı ilə start veriləcək. Ardınca “Qarabağ”la “Zirə” meydana çıxacaq.

Ertəsi gün öncə “Qəbələ” “Səbail” üz-üzə gələcək. Tura Sumqayıtda yekun vurulacaq. “Neftçi” “Gənclik şəhəri” təmsilçisinin qonağı olacaq.

Qeyd edək ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Topaz Premyer Liqası

XX tur

9 mart (şənbə)

“Keşlə” – “Sabah”

“ASK Arena”, 16:00

“Qarabağ” – “Zirə”

Tofiq Bəhramov adına Respublika stadionu, 18:30

10 mart (bazar)

“Qəbələ” – “Səbail”

Qəbələ şəhər stadionu, 14:00

“Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”, 16:30

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR