İngiltərənin “Vulverhempton” klubu “Arsenal”la oyunlardakı uğursuz seriyaya qeyri-adi şəkildə son qoyub.
ONA-nın məlumatına görə, Premyer Liqanın XXXI turundan təxirə salınan oyunda qələbə qazanan “canavarlar” 40 ildən sonra London təmsilçisini məğlub edib.
“Arsenal” “Vulverhempton”a sonuncu dəfə 1979-cu il sentyabrın 29-da uduzmuşdu. “Hayberi” stadionunda qeydə alınan 3:2 hesablı qələbədən sonra vulverhemptonlular 16 matç idi “topçular”a qalib gəlmirdi.
Bu dəfəki qələbəyə qeyri-adilik qatan isə görüşün “Arsenal”ın aşkar üstünlüyü şəraitində keçməsidir. Oyun ərzində topa cəmi 29 faiz nəzarət edən qonaqlar üçün 3 xal qazanmağa bu da yetərli olub.
Qeyd edək ki, “Vulverhempton” 40 il sonra 3:1 hesablı qələbəyə sevinib.