İngiltərənin “Tottenhem” klubunun yay transferləriylə bağlı planları bəlli olub.
ONA-nın məlumatına görə, London klubunun baş məşqçisi Maurisio Poçettino mövsümlərarası fasilədə 5 futbolçunu komandasının heyətinə qatmaq istəyir.
Argentinalı iki mərkəz yarımmüdafiəçisi, universal yarımmüdafiəçi, sol cinah müdafiəçisi və Hari Keyni əvəzləyə biləcək hücumçu alınmasını istəyir. Klub rəhbərliyi bu transferlərə 60 milyon funt sterlinq ayırıb.
Lakin iki oyunçu – müdafiəçi Tobi Alderveyreld və yarımmüdafiəçi Kristian Eriksenin satışından əldə olunacaq vəsait də transferlərə əlavə ediləcək. Sonuncu İspaniya “Real”ının maraq dairəsindədir. Tobinin transfer qiyməti isə 25 milyon funt sterlinq təşkil edir. Hər iki oyunçu ilə müqavilə 2020-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, “Tottenhem”in Denni Rouz, Viktor Vanyama və Fransa “Monako”sunda icarədə olan Jorj Kevin Nkudunun klubdan ayrılacağı gözlənilir.