• İDMAN

    02:31 2 iyun 2019

“Tottenhem” – “Liverpul” oyunu tarixə düşüb

İspaniyanın paytaxtı Madriddə keçirilən “Tottenhem” – “Liverpul” oyunu Çempionlar Liqasının tarixinə düşüb.

ONA-nın məlumatına görə, İngiltərə klublarının görüşündə hakim vərəqə göstərməyib.

Belə hadisə Çempionlar Liqasının final oyunlarında ilk dəfə yaşanıb. İndiyədək bütün finallarda ən azı bir vərəqə olub.

Matçın baş hakimi sloveniyalı Damir Skomina 24-cü saniyədə penalti qərarı versə də, 90 dəqiqə ərzində əlini cibinə salmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR