Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları start götürüb. ONA-nın məlumatına görə, ilk yarımfinalçı İstanbulda müəyyənləşib. I liqa təmsilçisi “Umraniyəspor” öz meydanında Super Liqa təmsilçisi “Trabzonspor”u qəbul edib. İlk görüş qolsuz heç-heçə başa çatdığından cavab görüşü həlledici xarakter daşıyıb.
Qarşılaşmada hesabı Trabzon klubu açsa da, fasilədən sonra 3 qol vuran aşağı liqa təmsilçisi əzmkar qələbə ilə yarımfinala yüksəlib.
Qeyd edək ki, fevralın 27-də “Hatayspor” – “Qalatasaray” və “Göztəpə” – “Yeni Malatyaspor” qarşılaşmaları keçiriləcək. “Umraniyəspor”un rəqibi isə ayın 28-də baş tutacaq “Kasımpaşa” – “Akhisar” matçında bəlli olacaq.
Türkiyə kuboku
1/4 final, cavab oyunu
26 fevral
“Umraniyəspor” – “Trabzonspor” – 3:1
Leandrinyo, 55, Altıntaş, 66 (pen.), Çiçək, 90+7 – Nvakaeme, 35
İlk oyun – 0:0