“Hisslərimizi sözlə ifadə etmək çətindir. Belə bir mövsümdə biz istənilən digər komanda ilə müqayisədə daha artığına layiq idik”.
ONA-nın məlumatına görə, bunu İngiltərənin “Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnold deyib.
21 yaşlı müdafiəçi Çempionlar Liqasının “Tottenhem”lə Madriddəki final oyunu barədə fikirlərini açıqlayıb. O, 2:0 hesablı qələbəyə şərh verib: “Biz xüsusi nə isə etdik. Oyunun sönük keçdiyini düşünməliyik. Fikirləşməliyik ki, Çempionlar Liqasının qalibi olmuşuq. Mən xəyalı indi gerçəkləşən Liverpuldan olan sadə oğlanam”.
Qeyd edək ki, Trent Aleksander-Arnold Çempionlar Liqasının tarixinə düşüb. Müdafiəçi 21 yaşı tamam olmadan ardıcıl iki dəfə qitənin ən nüfuzlu klub turnirində meydana çıxan ilk oyunçudur.
Ötən il “Real”la qarşılaşmada da (1:3) start heyətində yer alan T.Aleksander-Arnold “Tottenhem”ə qarşı Madriddəki görüşə ilk dəqiqələrdən başlayıb və 90 dəqiqə meydanda olub. 20 yaş 237 günlüyündə olan futbolçuya qədər heç bir gənc bunu bacarmayıb.