• İDMAN

    15:39 28 fevral 2019

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verib

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən istefa verib. ONA-nın məlumatına görə, funksioner 7 ildir rəhbərlik etdiyi qurumdan ayrılmağa qərar verib.
Y.Dəmirörən bu müddətdə ona dəstək olanlara təşəkkür edib: “7 illik fəaliyyətim dövründə ən yaxşısını etməyə çalışdım. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, iyul ayında keçiriləcək seçkilərə qədər TFF-ə müvəqqəti olaraq İdarə Heyətinin üzvü Hüsnü Güreli rəhbərlik edəcək.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR