• İDMAN

    16:55 4 aprel 2019

Türkiyə klubu borca görə bütün kuboklarını satıb

Türkiyənin “Manisaspor” klubunun tarixi ərzində qazandığı kuboklar hərracda satılıb.

ONA-nın məlumatına görə, ən uğursuz dövrünü yaşayan aşağı liqa təmsilçisi 161 min Türkiyə lirəsi borcu səbəbindən bu addımı atıb.

Belə ki, komandanın qazandığı 22 kubok hərraca çıxarılıb. Ümumi qiyməti 114 min 250 lirə olan mükafatlar 58 min lirəyə satışa qoyulub. Manisa sakini Ahmet Kibar 10 dəqiqə sonra kubokları 59 min lirəyə alıb.

Qeyd edək ki, hazırda II liqada çıxış edən “Manisaspor”un yarışın sonuna 7 tur qalmış aşağı liqaya düşməsi rəsmiləşib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR